Rus və erməni xalqlarını əsrlər boyu davam edən dostluq əlaqələri və ortaq tarix, o cümlədən xarici işğalçılara müqavimət birləşdirir.
Demiryumruq.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasında bildirib.
“Rusiyanın səyləri sayəsində Ermənistan 1990-cı illərdə suverenliyini qoruyub saxladı. Məhz Rusiyanın vasitəçiliyi 2020-ci ildə döyüşlərin dayandırılmasına və vəziyyətin sülh yolu ilə həllinə qayıtmasına imkan verdi", - Şoyqu qeyd edib.