Mayın 8-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və ev-muzeyləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Hüseyn Cavidin ev-muzeyi və Abdulla Şaiqin ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq konfransda iştirak etmək istəyənlər məruzələrini (4-6 səhifə həcmində) martın 31-dək
[email protected] elektron poçt ünvanına göndərməlidirlər. Konfrans materiallarının ayrıca toplu şəklində nəşri nəzərdə tutulur.
Hər bir məruzə mətnindən sonra ingilis dilində xülasə verilməlidir. Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi və məruzələrin geri qaytarılması hüququna malikdir.
Qeyd edək ki, konfrans Azərbaycanda fəaliyyət göstərən ev və xatirə muzeylərinin əməkdaşları və digər arzu edənlərin məruzələri ilə təmsil olunması üçün nəzərdə tutulub.