Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » “Qu gölü” baleti yenidən səhnədə
Mədəniyyət / 4-03-2023, 17:36

“Qu gölü” baleti yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 8-də təqdim olunacaq balet uzun illərdir Opera və Balet Teatrının repertuarındadır.

Tamaşaçılar bu səhnə əsərini hər dəfə fərqli ifalarda görürlər.

Bu dəfə səhnə əsərində əsas rolları Rusiyanın Mariinski Teatrının aparıcı solistləri Nadejda Batoyeva və Flipp Styopin ifa edəcək.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.