Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şəmsi Bədəlbəylinin doğum günü münasibətilə videoçarx hazırlayıb
Mədəniyyət / 23-02-2023, 06:51

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şəmsi Bədəlbəylinin doğum günü münasibətilə videoçarx hazırlayıb

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qurucusu kimi tanınan, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasından 112 il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi videoçarx hazırlayıb.

Videoçarxda bildirilir ki, o, 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub. Bu səbəbdən də onun işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.