Reyf Fayns və Jülyett Binoş Homerin “Odisseya”sında baş rola çəkiləcəklər
2024-cü ildə Yunanıstanda Homerin “Odisseya” klassik poeması əsasında filmin çəkilişlərinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, film İtaliya, Yunanıstan, Böyük Britaniya və Fransanın birgə istehsalı olacaq. Baş rolları canlandıracaq Reyf Fayns və Jülyett Binoş Entoni Mingellanın 9 dəfə Oskar mükafatına layiq görülən “İngilis pasiyenti” filmində də birgə çəkiliblər.
Filmin ssenarisi Homerin “Odisseya” poeması əsasında yazılıb. Odissey doğma adaya 20 ildən sonra geri dönür, indi onu yeni sınaqlar gözləyir.
Layihə 2022-ci ilin aprelində anons olunub. Filmin rejissoru Uberto Pazolini, ssenari müəllifləri Con Kolli və Edvard Bonddur.