Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Heydər Əliyev Sarayında “Veronika ölməyə qərar verir” tamaşasının premyerası olacaq
Mədəniyyət / 15-02-2023, 16:22

Heydər Əliyev Sarayında “Veronika ölməyə qərar verir” tamaşasının premyerası olacaq

Fevralın 19-da Heydər Əliyev Sarayında “Nataliya Başevanın teatr emalatxanası”- Kamera Dram Teatrının “Veronika ölməyə qərar verir” tamaşasının premyerası olacaq.

AZƏRTAC xəbər verir ki, tamaşa braziliyalı yazıçı Paulo Koelyonun eyniadlı dünya bestselleri əsasında hazırlanıb.

"Veronika ölməyə qərar verir " gözəl və ruhlandırıcı, gücləndirici, parlaq şəkildə işlənmiş və ironik metaforalarla doludur. Bu, hər günü bir möcüzə kimi görməyə çağıran, ölüm qarşısında yaşamaq ehtirasından bəhs edən real bir hekayədir. İnsanlar nə qədər xoşbəxt ola bilirlərsə, bir o qədər də bədbəxt olurlar. Tamaşa nədən bəhs edir? Sadəcə həyat, ölüm, sevgi haqqında. Üstəlik dəlilik haqqında - hamımıza təsir edən “Dərd” və xilası hər bir halda mümkünsüz olan həmin o dəlilik haqqında...

Qeyd edək ki, səhnə əsərinin bədii rəhbəri Nataliya Başeva, musiqi müəllifi Boris Qrebenşikovdur.

Tamaşa 2 saat 30 dəqiqə davam edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.