Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Gənclər Kitabxanasının əməkdaşları Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar materiallar hazırlayıb
Mədəniyyət / 14-02-2023, 18:22

Gənclər Kitabxanasının əməkdaşları Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar materiallar hazırlayıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar hazırladıqları materialları virtual rejimdə istifadəçilərə təqdim ediblər.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda mütaliənin, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində olan əvəzsiz rolundan, faydalarından bəhs edilir. Videoçarxda Kitab Bağışlama Gününün tarixi, məqsədi, qeyd edildiyi dünya ölkələri haqqında geniş məlumat verilir, bu günün kifayət qədər müasir və gənc bayram olduğu qeyd edilir. Materiallarda, həmçinin Gənclər Kitabxanasında mütaliə ilə əlaqədar keçirilən tədbir, aksiya və görüşlərdən fotolar da nümayiş olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.