Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » “Gün keçdi” bədii filmi böyük ekranda
Mədəniyyət / 13-02-2023, 22:17

“Gün keçdi” bədii filmi böyük ekranda

Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 60 illiyi münasibətilə AKİ, klassik Azərbaycan filmlərinin nümayişinə başlayır.

AKİ-dən AZƏRTAC-a bildirilib ki, ilk nümayişdə tamaşaçılara fevralın 14-də "Azərbaycan" CinemaPlusda ("Hard Rock" kafesinin arxası) “Gün keçdi” filmi təqdim olunacaq.

Qeyd edək ki, “Gün keçdi” filmi 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunub. Yazıçı Anarın ssenarisi əsasında çəkilən filmə rejissor Arif Babayev quruluş verib.

Filmin operatoru Rasim İsmayılov, rəssamı Elbəy Rzaquliyev, bəstəkarı Emin Sabitoğludur. Mahnıların mətni Vaqif Səmədoğluna məxsusdur.

Filmdə Leyla Şıxlinskaya (Əsmər), Həsən Məmmədov (Oqtay), Çingiz Əlioğlu (Camal), Turə Zeynalova (qonşu qadın) və digər aktyorlar çəkilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.