Gülnarə Səfərova: Tofiq Quliyevin abidənin açılması bütövlükdə bəstəkarlıq sənətinə verilən böyük dəyərdir
Bu gün mədəniyyətimiz üçün əlamətdar bir gündür. Paytaxtımızda dahi bəstəkar Tofiq Quliyevin abidəsi açılıb. Bu, Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin kollektivi üçün əsl bayramdır. Dövlətimiz hər zaman korifey sənətkarlara, onların irsinə diqqət və qayğı ilə yanaşır. Bakının mərkəzində, gözəl bir məkanda belə bir abidənin açılması bütövlükdə Azərbaycan bəstəkarlıq sənətinə verilən böyük dəyərdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Tofiq Quliyev adına 12 nömrəli onbirillik uşaq musiqi məktəbinin direktoru Gülnarə Səfərova deyib.
Açılış mərasimdə ölkə başçısının da dediyi kimi Tofiq Quliyevin xatirəsinə hər zaman Azərbaycanda hörmət və diqqətlə yanaşılıb. Onun yaşadığı binaya xatirə lövhəsi vurulub, şəhərimizin küçələrindən birinə onun adı verilib.
Görkəmli bəstəkarın abidənin açılışı zamanı Tofiq Quliyevin qızı Lalə xanımın dediyi “Bakıda ən yaxşı musiqi məktəblərindən biri mənim atamın adını daşıyır” sözləri bizi daha da ruhlanırdı. Kollektivimiz bundan sonra da görkəmli bəstəkarın adını layiqincə yaşatmağa çalışacaq.
“Tofiq Quliyevin şəxsiyyəti, əsərləri hər zaman bizim üçün əzizidir. Bu abidə gələcək nəsillərin Tofiq Quliyev daha yaxından tanıması üçünə möhtəşəm memarlıq nümunəsidir”, -deyə Gülnarə Səfərova bildirib.