Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Azərbaycanın Gürcüstandakı səfirliyi rəsm müsabiqəsi elan edib
Mədəniyyət / 6-02-2023, 16:53

Azərbaycanın Gürcüstandakı səfirliyi rəsm müsabiqəsi elan edib

Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar rəsm müsabiqəsi elan edib.

Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Bildirilir ki, Gürcüstanın 18 yaşadək və 18 yaşından yuxarı vətəndaşları arasında qeyd olunan mövzu üzrə ən yaradıcı əsərə malik olan şəxslər səfirlik tərəfindən hər iki yaş qrupu üzrə (ilk üç yeri tutanlar ) təltif olunacaqlar.

Müsabiqənin nəticələrinə əsasən, qaliblər cari ilin fevral ayının 24-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təltif ediləcəklər.

Müsabiqədə iştirak edəcək şəxslərdən mövzu üzrə rəsm əsərlərini 20 fevral 2023-cü il tarixinədək Azərbaycanın Gürcüstandakı səfirliyinə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etməlidirlər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.