Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Dünyaşöhrətli “Akcent” qrupu yenidən Bakıda
Mədəniyyət / 1-02-2023, 16:07

Dünyaşöhrətli “Akcent” qrupu yenidən Bakıda

Martın 4-də Heydər Əliyev Sarayında dünyaşöhrətli “Akcent” qrupunun konserti təşkil olunacaq.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən pop musiqi qrupu öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

Qeyd edək ki, “Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Sina tərəfindən yaradılıb. Fərqli vaxtlarda buraxılan mahnı və albomlar tez bir zamanda hitlərə çevrilərək qrupa nəinki Rumıniyada, bütün dünyada böyük uğur gətirib.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.