Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Mədəniyyət Nazirliyi “Mədəniyyətə bağlı ömür” layihəsinə başlayır
Mədəniyyət / 23-01-2023, 06:44

Mədəniyyət Nazirliyi “Mədəniyyətə bağlı ömür” layihəsinə başlayır

Mədəniyyət Nazirliyi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Mədəniyyətə bağlı ömür” layihəsinə start verir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, izləyicilər layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar.

Müxtəlif rubrikalarla təqdim olunacaq layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında yerləşdiriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.