Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
20 Yanvar– Ümumxalq Hüzn Günündə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
AZƏRTAC xəbər verir ki, şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək, onların xatirəsi yad edilib. Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların əməkdaşları da iştirak ediblər.