Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Xalça Muzeyində mühazirə - “İlkin toxuculuq vərdişləri arxeoloji tapıntılarda”
Mədəniyyət / 12-01-2023, 17:04

Xalça Muzeyində mühazirə - “İlkin toxuculuq vərdişləri arxeoloji tapıntılarda”

Yanvarın 14-də Azərbaycan Milli Xalça Muzeyində “İlkin toxuculuq vərdişləri arxeoloji tapıntılarda (Azərbaycanın cənub bölgəsi əsasında etnoarxeoloji tədqiqat)” adlı mühazirə keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə tərəfindən təqdim olunacaq.

O, Azərbaycanın cənub bölgəsində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanan maddi mədəniyyət nümunələri əsasında qədim dövrlərdə bu bölgədə yaşamış insanların təsərrüfat həyatında ibtidai toxuculuğun ilkin təzahürləri və sonrakı inkişaf mərhələlərindən bəhs edəcək.

İştirak etmək istəyənlər https://forms.gle/GCMz6aQP2vCQTT1K9 linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.