Baş İdarədə vətəndaşlarla görüş keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşlarla görüş keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə bütün müraciətlər dinlənilib və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib, araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə nəzarətə götürülüb.
Qeyd edək ki, vətəndaşların qəbulu hər ayın ilk cümə axşamı günü keçirilir.