Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Xalq artisti İlqar Muradovun 65 illiyi qeyd olunacaq
Mədəniyyət / 5-01-2023, 17:42

Xalq artisti İlqar Muradovun 65 illiyi qeyd olunacaq

Fevralın 12-də Heydər Əliyev Sarayında sevilən sənətkar, Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə yaradıcılıq gecəsi keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ifaları ilə qəlbləri fəth edən müğənni gecədə öz repertuarında olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.

Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını də izləyə biləcəklər.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.