Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » “Rəşadətli uçuş” adlı solo konsert Rəşad Atakişiyevin xatirəsinə həsr ediləcək
Mədəniyyət / 2-01-2023, 21:08

“Rəşadətli uçuş” adlı solo konsert Rəşad Atakişiyevin xatirəsinə həsr ediləcək

Yanvarın 7-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, pianoçu Toğrul Hüseynlinin “Rəşadətli uçuş” adlı solo konserti olacaq.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, “Şücaətə görə medal” ilə təltif edilmiş şəhid, polkovnik-leytenant Rəşad Atakişiyevin əziz xatirəsinə həsr olunacaq. Gecədə dünya klassik bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndiriləcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.