Beynəlxalq Muğam Mərkəzində növbəti konsert Ulu Öndərin 100 illiyinə həsr olunacaq
Yanvarın 10-da Beynəlxalq Muğam Mərkəzində "Burada və indi" adlı konsert təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, konsert proqramı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunacaq. Gecədə gənc ifaçılar Üzeyir Mahmudbəyli, Fatimə Nəsirli (violin), Leyla Əliyeva (piano) və Əsmər Kərimli (cello) rəngarəng musiqi nömrələri səsləndirəcəklər.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır