Musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin xor dirijorluğu şöbəsinin şagirdi Humay İbrahimli Moskva şəhərində keçirilən “Sərhədsiz incəsənət” Yaradıcılıq Assosiasiyasının təşkil etdiyi “Yeni il işıqları” II Beynəlxalq çoxjanrlı müsabiqə-festivalda uğurla iştirak edib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, müsabiqədə gənc iştirakçı orta yaş qrupunda Ç.Mayerin “Le Reqret” əsərini ifa edib və birinci yerə layiq görülərək, diplomla təltif edilib.