Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » “Azərbaycanın qış gözəllikləri” yeni fotosərgidə
Mədəniyyət / 1-01-2023, 06:54

“Azərbaycanın qış gözəllikləri” yeni fotosərgidə

Yanvarın 6-da Bakı Fotoqrafiya Evində “Sehrli Qala” festivalı çərçivəsində ölkəmizin qış mənzərələrini əks etdirən fotosərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın qış gözəllikləri” adlı sərginin təşkilində məqsəd ölkəmizin qış gözəlliyini nümayiş etdirmək, əhalinin diqqətini Azərbaycanın təbiətinə yönəltmək, gənclərin mənzərə fotoqraflığına marağını artırmaq və bu istiqamətdə istedadlı müəlliflərə dəstək olmaqdır.

Yanvarın 12-dək davam edəcək sərginin kuratoru və layihə müəllifi Rüstəm Hüseynovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.