“Təzə il” adlı retro mahnı yenidən ifa olundu - VİDEO
Səhnə adı SİVVA olan ifaçı yeni il ərəfəsində “Təzə il” adlı mahnı və klipini tamaşaçılarına təqdim edib.
60-cı illərdə yaranan mahnının bəstəkarı görkəmli musiqiçi, estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Tofiq Əhmədov, sözləri isə görkəmli ziyalı, şair yazıçı Rəfiq Zəka Xəndandır. “Təzə il” mahnısının ilk ifaçısı o dövrdə bir çox sevilən nəğmələri ilə yaddaşlarda qalan Züleyxa Mirismayılova olub. Sonradan digər müğənnilər tərəfindən də ifa olunub.
Yenilikləri ilə dayanmadan çalışan bəstəkar-müğənni SİVVA isə bu retro mahnını yeni aranjimanda ifa edib. Bununla yanaşı, mahnıya şəhərin mərkəzində, Fəvvarələr meydanında “Nargis” Fondu tərəfindən təşkil olunan “Soyuq əllər, isti ürək” yarmarkasının ərazisində maraqlı klip də lentə alınıb.