İçərişəhərin küçələrində bayram ab-havası hiss olunur
Rəngarəng işıqlarla bəzədilmiş meydan və küçələr, küknar ağacları yeni ilin gəlişindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, Qoşa qala qapısı meydanında və Qız qalası ətrafında təşkil olunan “Sehrli Qala" festivalında qonaqları müxtəlif əyləncəli proqramlar, oyun və musiqi nömrələri, sərgi-satış yarmarkası, həmçinin, hər növ suvenir, əl işləri və digər bayram atributlarının, orqanik məhsulların təqdimatı gözləyir.
Şənliyin kiçik yaşlı qonaqlarına xüsusi zonalar ayrılıb ki, burada onlar üçün xüsusi əyləncəli proqramlar təşkil olunur.
Əgər siz Bakının qədim koloritini duymaq və Yeni ili ailəniz, dostlarınız ilə yaddaqalan anlarla qeyd etmək istəyirsinizsə, İçərişəhərdəki “Sehrli Qala”ya baş çəkin.