Şakira Pikesiz ilk Yeni ilini səhrada qeyd edir - FOTO
Dünyaca tanınmış məşhur müğənni Şakira Milad bayramını oğlanları Milan və Saşa ilə birlikdə Dubayda (BƏƏ) qeyd edəcək.
Oxu.Az-ın məlumatına görə, o, ailə bayramını evdə keçirmək istəmədiyini etiraf edib və övladları ilə səhrada çəkilmiş fotosunu özünün “Instagram” hesabından yayımlayıb.
“Biz bu Miladda sakitlik axtarmaq üçün səhradayıq”, - deyə kolumbiyalı aktrisa paylaşımında yazıb.
Xatırladaq ki, bu ilin iyun ayında ifaçı övladlarının atası, İspaniyanın “Barselona” futbol klubunun keçmiş kapitanı Jerar Pikeni xəyanətinə görə tərk edib.