Azərbaycanlı müəllifin Vətən müharibəsindən bəhs olunan romanı Ankarada təqdim edilib VİDEO
Ankarada azərbaycanlı yazıçı Yunus Oğuzun Anadolu türkcəsində işıq üzü görən “Cığır” romanının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Elm və Ədəbiyyat Əsərləri Müəlliflərinin Məslək Birliyi təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində qardaş ölkədən və Azərbaycandan tanınmış ədəbiyyatçılar, nüfuzlu ziyalılar iştirak ediblər.
Çıxış edənlər “Cığır” romanında Şuşanın 270 il əvvəl qurulmağa başladığı vaxtdan 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən düşməndən azad edildiyi günə qədərki tarixinin ən önəmli hadisələrinin öz əksini tapdığını bildiriblər.
Qeyd edilib ki, əsər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinin ədəbi dillə təbliği istiqamətində mühüm addımdır.