Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Xalq artisti giley-güzar elədi: “Məni ən çox Firuzə İbadova incidib”
Mədəniyyət / 23-12-2022, 13:07

Xalq artisti giley-güzar elədi: “Məni ən çox Firuzə İbadova incidib”

“Məni ən çox Firuzə İbadova incidib. Onun qəribə cazibəsi var idi. Hara gedirdik, onun dalınca düşürdülər. Gözəl qız idi”.

Bu fikirləri Lent.az-a “Lalə” qızlar ansamblının rəhbəri, Xalq artisti Ceyran Haşımova səsləndirib.

“Bir dəfə gördüm ki, qastrol zamanı yatdığımız otağın pəncərəsinə daş atırlar. Bir cavan oğlan idi, gəlib ki, Firuzə məni çağırıb. A bala, nə vaxt? Deyir, konsertdə oxudu ki , “get, Ay batandan sonra gəl, ay oğlan”. Xalq mahnısını dinləyib, gəlib Firuzənin dalınca. Hər konsertdə tapşırırdım ki, Firuzə, oxuyanda tamaşaçılara yox, mənə bax, üzünü mənə tut, oxu. Firuzə İbadova səhnədə bütün sevgi mahnılarını mənə oxuyurdu”, - deyə o bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.