Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının birliyinin güclənməsinə önəmli töhfə verir
Mədəniyyət / 23-12-2022, 12:58

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının birliyinin güclənməsinə önəmli töhfə verir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırəli ilə görüşüb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, görüşdə Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə naziri təbrik edib. G.Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın qurucu üzv dövləti Qazaxıstanın çoxəsrlik mədəni irsinin təbliği istiqamətində Fond tərəfindən həyata keçirilən layihələrdən söz açaraq, ölkə ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi yönündə gələcək planlardan bəhs edib. Günay Əfəndiyeva türk dünyasının inteqrasiya proseslərinin sürətləndirilməsi məqsədilə Türk Əməkdaşlıq Təşkilatlarının ortaq fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, bu xüsusda nazirin uğurlu təcrübəsini qeyd edib.

Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırəli Türk Əməkdaşlıq Təşkilatları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən aparılan işlərin türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsinə önəmli töhfə verdiyini nəzərə çatdırıb. Nazir Fond tərəfindən üzv dövlətlər ilə qurulan sıx əməkdaşlığı, eləcə də Qazaxıstanın sahib olduğu zəngin dəyərlərin öyrənilməsi və beynəlxalq miqyasda tanıdılmasını təqdirəlayiq hesab etdiyini bildirərək, təşkilata daimi dəstəyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.