Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı”: Topxana meşəsi
Mədəniyyət / 20-12-2022, 14:35

“Şuşa-Qarabağın dünəni, bu günü, sabahı”: Topxana meşəsi

Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, növbəti təqdimat Şuşa təbiətinə gözəllik, zənginlik verən Topxana meşəsinə həsr olunub.

Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşədə yaşı bilinməyən palıd, qarağac, fıstıq ağacları, zəngin heyvanat aləmi, gözəl çəmənləri, şirin bulaqları vardı. Bir sözlə, əsl təbiət möcüzəsi idi. Lakin ermənilər işğal zamanı təbii sərvətlərimizi, meşələrimizi, bağlarımızı da viran qoyublar.

30 ilə yaxın işğal müddətində Topxanadan minlərlə palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib. Bu müddət ərzində meşə, demək olar ki, dağıdılıb, bitki örtüyü, heyvanat aləmi məhv edilib. Bu terrorun başlandığı tarix isə 1988-ci ilin noyabr ayına təsadüf edir.

Ermənistan SSR-in Alminium zavodlarından birinin filialının tikintisinə başlamaq məqsədilə Topxana meşəsi yandırılıb, nadir ağaclar buldozerlərlə məhv edilib, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edilərək, ekoloji soyqırımı həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlər davam etdirilir. İşğalçı Ermənistan tərəfindən Qarabağ bölgəsində məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpası istiqamətində lazımi tədbirlər görülməkdədir. Topxana meşəsi də istisna deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.