Ukraynada “Avroviziya” üçün milli seçimlər bomba sığınacağında keçirilib - FOTO
Ukraynanın “Avroviziya” Mahnı Müsabiqəsi üçün milli seçimi qeyri-standart şərtlərlə keçirilib.
Yerli mətbuatın məlumatına görə, tədbir bomba sığınacağında aparılıb.
Seçimdə on ifaçı və qruplar iştirak edib. Onlar təhlükəsizlik baxımından bomba sığınacağında yarış təşkil ediblər. Tədbir tamaşaçılarsız baş tutub. Seçimləri TVORCHI dueti qazanıb.
Xatırladaq ki, bu il Ukraynanın “Kaluş Orkestri” qrupu “Avroviziya”da birinci yeri tutub. Adətən qalib ölkə növbəti il müsabiqəyə ev sahibliyi edir, lakin Ukrayna təhlükəsizlik səbəbi ilə bu hüquqdan məhrum edilib.
“Avroviziya” 2023-ə ev sahibliyi edən ölkə son yarışda ikinci olan Böyük Britaniyadır. Müsabiqə Liverpulda baş tutacaq.