Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Azərbaycan UNESCO Komitəsinin sədr müavini vəzifəsinə seçilib
Mədəniyyət / 15-12-2022, 22:38

Azərbaycan UNESCO Komitəsinin sədr müavini vəzifəsinə seçilib

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 17-ci sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi ilə təmsil olunur.
Sessiyanın açılışında Komitə Bürosunun formalaşdırılması məsələsi müzakirə edilib və yekdilliklə qəbul edilmiş qərarla Azərbaycan Komitənin sədr müavini vəzifəsinə seçilib.
İki gün davam edəcək sessiyada UNESCO katibliyinin mədəni irsin qorunması istiqamətində gördüyü işlərin hesabatı dinləniləcək, 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunun UNESCO-nun digər Konvensiyaları ilə sinerjisi, Konvensiyanın həyata keçirilməsi ilə bağlı resursların səfərbər edilməsi kimi bir sıra mühüm məsələlər müzakirə olunacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.