Şeron Stoun anası, bacısı və oğulları ilə nadir şəklini paylaşıb - FOTO
Hollivud aktrisası Şeron Stoun şəxsi bloqunda anası, bacısı və övladlığa götürdüyü oğulları ilə şəklini yerləşdirib.
Sənətçi sosial şəbəkədə nadir hallarda ailə kadrlarını paylaşır.
O, fotonu “Nənə ilə nahar”, - yazaraq şərh edib.
Ulduzunun abunəçiləri qeyd ediblər ki, onun 88 yaşlı valideyni yaşından cavan görünür, oğulları isə artıq yetkinləşiblər.
Xatırladaq ki, Ş.Stoun 2000-ci ildə keçmiş əri Fil Bronşteyn ilə birlikdə Roen Cozef, sonrakı illərdə isə Lerd və Qvini övladlığa götürüblər. Aktrisa hamilə qalmaq və uşaq dünyaya gətirmək arzusunda olduğunu, lakin 9 dəfə uşağını düşürdüyünü etiraf edib.