Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Selin Dion sağalmaz xəstəliyə tutulub: Konsertlərini ləğv etdi - VİDEO
Mədəniyyət / 9-12-2022, 15:36

Selin Dion sağalmaz xəstəliyə tutulub: Konsertlərini ləğv etdi - VİDEO

Kanadalı müğənni Selin Dion nadir sağalmaz xəstəlikdən danışıb və bu səbəbdən də konsertlərini yarımçıq qoyub.

Sosial mediada yayımlanan video mesajında ​​Dion ona milyonda bir insanda rast gəlinən “əzələ sərtliyi sindromu” diaqnozu qoyulduğunu açıqlayıb. Xəstəlik insanın mərkəzi sinir sisteminə təsir göstərir ki, bu da əzələ tonusunu artırır və nəticədə ağrılı spazmlar olur, sümük qırılmaları daha tez-tez baş verir.

“Bu nadir xəstəlik haqqında hələ hər şeyi bilmirik, amma indi bilirik ki, əziyyət çəkdiyim əzələ spazmlarının səbəbi budur”, - deyə 54 yaşlı müğənni bəyan edib.

O, xəstəlik səbəbindən yeriməyin çətinləşdiyini, həmçinin səs tellərini tam istifadə edə bilmədiyini etiraf edib. Nəticədə Dion Avropada 2023-cü ilə planlaşdırılan konsertlərini ləğv edib. İfaçı xəstəliyin inkişafını dayandırmaq üçün müalicə almağı planlaşdırır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.