Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Puqaçova və Qalkin İsrail vətəndaşlığından məhrum edilə bilərlər
Mədəniyyət / 6-12-2022, 19:23

Puqaçova və Qalkin İsrail vətəndaşlığından məhrum edilə bilərlər

Rusiyalı müğənni Alla Puqaçova və onun əri, şoumen Maksim Qalkin İsrail vətəndaşlığından məhrum edilə bilərlər.

Bu barədə araşdırmaçı jurnalist Raviv Druker məlumat verib.

Onun sözlərinə görə, qərara səbəb sənətçilərin dini mənsubiyyəti ola bilər. Cütlük yəhudiliyi yox, xristianlığı qəbul edib. 2017-ci ildə Qalkin və Puqaçova Moskva kilsələrindən birində evləniblər.

İsrail qanunlarına görə, inanclarını qəsdən dəyişən yəhudilər repatriasiya hüququndan məhrum edilirlər.

Qeyd edək ki, sentyabrın sonunda Puqaçova Rusiyanı tərk edib. İfaçının Vnukovo hava limanından İsrailə geri dönüş bileti olmadan uçduğu dəqiqləşib. Daha sonra müğənninin İsrail vətəndaşlığı aldığı məlum olub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.