Dəmir yumruq » Mədəniyyət » Azərbaycan Omanda beynəlxalq forumda təmsil olundu
Mədəniyyət / Bugün, 09:12

Azərbaycan Omanda beynəlxalq forumda təmsil olundu

 

Dövlət Turizm Agentliyi Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən yaradıcılıq üzrə əl işi sənayelərinə həsr olunmuş Birinci Beynəlxalq Forumda milli stendlə təmsil olunub.

Demiryumruq.az xəbər verir ki, forum Omanla yanaşı, müxtəlif xarici ölkələrdən yaradıcılıq və əl işi sənayeləri sahəsində fəaliyyət göstərən qurum və müəssisələrin nümayəndələrini bir araya gətirib.

Forum çərçivəsində Azərbaycanın Oman sultanlığındakı səfiri Rəşad İsmayılov, Omanın mədəni irs və turizm naziri Seyid İbrahim bin Səid əl-Busaidi və Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Qurumunun sədri Halima bint Raşid əl-Zəriyə milli stendi ziyarət edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.