Türkiyədə yaşayan model Günay Musayeva övladı Cahangirin atası, aktyor Tolqa Kareldən şikayət edib.
Musavat.com xəbər verir ki, "Biz bize" verilişində iştirak edən model övladını xaricə apara bilmədiyini deyib və Tolqa Karelə mesaj göndərib.
Bildirib ki, övladının səhhətində problem yaranıb, onu İngiltərədə həkimə aparmaq istəyir, amma Tolqanın icazəsi olmadığı üçün o, övladını həkimə apara bilməyib.
Günay Musayeva deyib ki, ölkədən çıxışı üçün lazım olan icazə kağızını imzalamır.
Günay proqramda Tolqaya səslənərək, övladının arzusunu gerçəkləşdirmək üçün bu addımı atmasını istəyib:
"Bu haqda danışmaq istəmirdim. Amma oğlumun xəyalı üçün bunu etməliyəm. Viza və Cahangirin ölkədən çıxışı üçün atadan icazə kağızı almaq lazımdır. 5 ildir bunun üçün çalışırıq, amma ala bilmirik. Cahangir xəstələndi, onu İngiltərəyə aparmalı idim, həkimlə danışdım. Yenə atası ilə əlaqə saxladım, məsələni izah etdim, dedim, sağlamlığı üçün bunu et. Amma cavab vermədi. Cahangirin xəyalı Disneylandə getməkdir. Həmişə deyir məni də apar. Sonda oturub ona izah etdim ki, 18 yaşını gözləməliyik.
Cahangir atasına özü səsli mesaj atdı ki, mənim xəyalımdır, icazə kağızını imzala. Ona belə cavab vermədi. Buradan ona da səslənirəm. Ondan maddi və mənəvi heç bir istəyim olmadı. Cahangirlə bu mərhələləri keçdik.
Uşağımın xəyalını gerçəkləşdirmək istəyirəm, sənəd versin. Dörd övladı var, beşincini unudub. Bizim üçün problem deyil. Buradan səslənirəm, Cahangiri oğlu kimi görməsin, adi bir uşağın xəyalını gerçəkləşdirdiyini düşünsün. Bunun üçün səfirliyə gedib bir imza atacaq. 5 dəqiqə vaxtın gedəcək. Öz uşağın kimi etmə, başqa bir uşağa yardım kimi düşün.
Bu zaman belə problemlər yaranır, amma tanıdıqları üçün kömək edirlər. Oğlum dünyanı gəzmək istəyir, xəyalı var. Bəlkə 18 yaşı tamam olanda bunu istəməyəcək. Yeni ildə onu aparmaq istəyirəm. Nə edirəm olmur. İnsafa gəlsin... Sağlamlıq problemləri var, onunla belə maraqlanmır. Mesajları oxuyur, amma cavab belə vermir. Biz sevgi gözləmirik, bu durumu qəbul etmişik. Bizim o kağıza ehtiyacımız var".
O qeyd edib ki, oğlunu Azərbaycana və Gürcüstana apara bilir.
Qeyd edək ki, aktyorun ilk evliliyi Günay Musayeva ilə olub. Onların Cahangir adlı oğulları var. Günay və Tolqa 2015-ci ildə ayrılıb.
Aktyor ikinci dəfə ailə qurandan sonra Amerikaya köçüb. Tolqanın bu evliliyindən daha 4 övladı var.
Könül