Dəmir yumruq » Mədəniyyət » Riad Məmmədov Azərbaycan caz-muğamını təqdim edəcək
Mədəniyyət / 20-03-2023, 10:36

Riad Məmmədov Azərbaycan caz-muğamını təqdim edəcək

Azərbaycanlı bəstəkar və pianoçu Riad Məmmədov SOUND UP aktual musiqi festivalında iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, festival martın 24-də Moskvada keçiriləcək. Bu tədbir musiqidə yeni səslər və ideyalarla maraqlananlar üçün unikal konsertlər silsiləsidir. Riad Məmmədov öz pyeslərini və Vaqif Mustafazadənin əsərlərini ifa edəcək.

Musiqiçi, həmçinin aprelin 4-də Moskvadakı İqor Butman caz klubunda öz triosu ilə birlikdə caz proqramı ilə çıxış edəcək. Proqrama Azərbaycan caz-muğamı və bəstəkar-pianoçunun müəllif musiqisi daxildir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.