Gənc Tamaşaçılar Teatrı azyaşlı tamaşaçıları unutmayıb
Mart ayının 26-da Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yazıçı və dramaturq Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludır.
Tamaşada rolları Səbinə Məmmədzadə, İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Eyvaz İbrahimov və Vahid Orucoğlu canlandırırlar.
Qeyd edək ki, kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.