Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » “Sonsuz sevgilərlə Novruz” adlı konsert proqramı təşkil olunub
Mədəniyyət / 17-03-2023, 08:16

“Sonsuz sevgilərlə Novruz” adlı konsert proqramı təşkil olunub

Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı və Xəzər TV-nin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Sonsuz sevgilərlə Novruz” adlı konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, ziyalılar və rayon sakinləri qatılıblar.

Konsertdə bir çox məşhur incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.

Tədbir sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.