Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Bakıdakı Rus Evində “Bir dəfə martda” adlı ədəbi-musiqili görüş keçirilib
Mədəniyyət / 13-03-2023, 17:49

Bakıdakı Rus Evində “Bir dəfə martda” adlı ədəbi-musiqili görüş keçirilib

Bakıdakı Rus Evində “Bir dəfə martda” ədəbi-musiqili görüş keçirilib. Bu, “Günay” teatrının aktrisası İnqa Boxoldina tərəfindən təşkil edilən dördüncü layihədir.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Milli Teatrının 150 illiyinə təsadüf edib və bu rəmzi xarakter daşıyır, çünki layihənin iştirakçıları özlərini səhnədə göstərə biliblər.

İnqa Boxoldina növbəti görüşdə iştirak etmək istəyənləri qeydiyyatdan keçməyə dəvət edib. Bu layihədə yaşından və hazırlıq səviyyəsindən asılı olmayaraq istəyən hər kəs iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.