Dəmir yumruq » İqtisadiyyat » Mərkəzi Bankın bəyanatı
İqtisadiyyat / Bugün, 10:58

Mərkəzi Bankın bəyanatı

 

Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb.

Demiryumruq.az bildirir ki, bəyanata görə, 2026-cı ildə uçot dərəcəsi (kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsi) qərarları bu günlərdə açıqlanacaq: 4 fevral, 2 aprel, 6 may, 24 iyun, 5 avqust, 23 sentyabr, 4 noyabr, 23 dekabr. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvәyә minәcәk.

Hazırda uçot dərəcəsi 6,75 faizdir.

Maksimum uçot dərəcəsi 2007 və 2018-ci illərdə 13 faiz, 2008, 2016 və 2017-ci illərdə 15 faiz, 2009 və 2012-ci illərdə 5 faiz, 2010 və 2015-ci illərdə 3 faiz, 2011-ci ildə 5,25 faiz, 2013-cü ildə 4,75 faiz, 2014-cü ildə 4,25 faiz, 2019-cu ildə 9,25 faiz, 2020, 2021 və 2025-ci illərdə 7,25 faiz, 2022-ci ildə 8,25 faiz, 2023-cü ildə 9 faiz, 2024-cü ildə 7,75 faiz olub.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.