Dəmir yumruq » İqtisadiyyat » Bu şəxslər hər ay 220 manat alır – Sayları artacaq
İqtisadiyyat / Bugün, 07:27

Bu şəxslər hər ay 220 manat alır – Sayları artacaq


“Azərbaycanda 65 yaşüstü insanların təxminən 18 faizi pensiya hüququ qazana bilmədiyi üçün ahıllıq müavinəti, yəni ayda 220 manat alır”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.

O bildirib ki, bu məbləğ qüvvədə olan minimum pensiyadan 100 manat və ya 32 faiz, orta pensiyadan isə iki dəfə azdır:

“Bölgələr üzrə pensiya hüququ olanların yaşlı əhaliyə nisbəti xeyli fərqlidir. Məsələn, Qubada 65 üstü yaşda əhalinin 33%-i,  Qəbələdə 28%-i,  Hacıqabul və Şəmkirdə 27%-i, Yevlax və Cəlilabadda 26%-i, Ağdaşda 25%-i ahıllıq müavinəti alır. Ən yaxşı vəziyyət Bakının rayonlarındadır. Məsələn, Səbaildə 65 yaşüstü əhalinin cəmi 9%-i ahıllıq müavinəti alır”.

İqtisadçı qeyd edib ki, bu nisbətin pensiya hüququ olanların xeyrinə yüksək olması nisbətən yaşlı, hətta sovet dövründə iş stajı qazanmış nəslin hesabınadır:

“Əgər hazırkı pensiya şərtləri və əmək bazarında qeyri-formal məşğulluğun hazırkı miqyası qalmaqda davam eləsə, yaxın 10 ildə ahıllıq müavinəti alanların payı daha sürətlə artacaq”.

Günel Cəlil

 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.