Dəmir yumruq » İqtisadiyyat » Bakının iki rayonunda böyük söküntü başlayır
İqtisadiyyat / Cəmiyyət / Bugün, 09:05

Bakının iki rayonunda böyük söküntü başlayır

 

Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işləri aparılacaq.

Demiryumruq.az Trend-ə istinadən xəbər verir ki, söküntü işləri Sabunçu rayonunun Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və 6, Sabunçu rayonunun Y.Qasımov küçəsi, ev 39 və Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanlarında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq işlərə yekun vurub.

Qurum sözügedən işlərin icrasını "Global Engineering Management Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 21 948 manat ödənilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.