Dəmir yumruq » Cəmiyyət » “Bolmart” qiymətdə müştəriləri belə aldadır – Fotofakt
Cəmiyyət / Manşet / 17-02-2026, 09:23

“Bolmart” qiymətdə müştəriləri belə aldadır – Fotofakt

 

"Bolmart” supermarketlər şəbəkəsində müştəriləri rəf və kassa qiymətində aldadırlar.
Bunu sözügedən marketdən mütəmadi alış-veriş edən müştəri Suad Süleymanlı bildirib. O bildirib ki, dəfələrlə bu barədə eşitsə də, heç vaxt qəbzdəki qiymətlərə diqqət etməyib. Ancaq bu dəfə diqqət edən zaman qiymət fırıldağını görüb:
"Supermarketlərdə rəsmən müştərinin cibinə girirlər. Mən də çoxları kimi yoxlamırdım. Necə olursa həmişə kassa qiyməti rəfdən daha baha olur. Mən bu yaxınlarda "Bolmart”dan alış-veriş etdim və maraq üçün qiymətləri yoxlamağa başladım. Elə ananasın üzərinə vurulmuş 18.5 kassada 20.5 olaraq çıxıb. Yəni hər adamdan ən azı 2 manat artıq alanda görün nə qədər pul edir”.
Qeyd edək ki, "Bolmart” marketlər şəbəkəsi "Pro Mart” MMC-yə məxsusdur və şirkətin əsas sahibi hazırda həbsdə olan Adnan Əhmədzadədir. O, eyni zamanda «Rahat Market» və «Port Baku Bazar» şəbəkələrinin də sahibidir. Şirkətin rəsmi qanuni təmsilçisi və rəhbərliyində zaman-zaman dəyişikliklər baş verib. Şirkətin sonuncu rəhbərləri Bəhruz Əhmədov, Ramil Məmmədov olub.
Qarşı tərəfi dinləməyə hazırıq.
 
 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.