Dəmir yumruq » Cəmiyyət » Deputat xəstəxanalardakı uzun növbələri TƏNQİD ETDİ
Cəmiyyət / Bugün, 09:32

Deputat xəstəxanalardakı uzun növbələri TƏNQİD ETDİ

 

"ASAN xidmətin" fəaliyyəti və xüsusilə də elektron növbə sistemi uzun illərdir ki, nöqsansız işləyir. Amma bəzi qurumlar fərqli növbə sistemləri tətbiq edərək vətəndaşların problemlə üzləşməsinə səbəb olurlar. Özümüzdə tətbiq olunan və uğur qazanmış rəqəmsal həllərə üstünlük versək, daha yaxşı olar.

Demiryumruq.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, xəstəxana və poliklinikalarımızda da elektron növbə sistemlərinin tətbiqi gecikir: “Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb. Müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməyə çalışılması effektiv deyil. "Mygov" platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəssisələrində növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.