Dəmir yumruq » Cəmiyyət » Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA
Cəmiyyət / Bugün, 09:51

Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

 

Bəzi mətbuat orqanlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar iş yerlərinin dəyişdiriləcəyi barədə iddialar yayılıb.

Bildirilir ki, 29-30 dekabr iş günlərinin yeri 27-28 dekabrla dəyişdiriləcək və bayram tətili 1 həftə olacaq.

Musavat.com məsələni dəqiqləşdirməyə çalışıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov saytımıza açıqlamasında bildirib ki, bununla bağlı hökumətin qərarı yoxdur:

“Gələcəkdə nə olacaq, onu bilmirəm. Hələ ki, belə bir qərar yoxdur. Əgər qərar verilərsə, bu, mütləq Nazirlər Kabinetinin saytında olacaq və mətbuatda da yayılacaq”.

Xatırladaq ki, dekabr ayının 31-i və yanvar ayının 1 və 2-si qeyri-iş günüdür. Yanvar ayının 3-ü və 4-ü şənbə və bazar gününə düşdüyü üçün ard-arda 5 gün iş olmayacaq.

Şahanə Rəhimli


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.