Dəmir yumruq » Cəmiyyət » Türkiyədə müalicə olunan qazi vəfat etdi - Foto
Cəmiyyət / Bugün, 09:14

Türkiyədə müalicə olunan qazi vəfat etdi - Foto

 

Vətən müharibəsi qazisi Elçin Telman oğlu Qurbanov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, E. Qurbanov Türkiyədə müalicə olunurmuş və orada dünyasını dəyişib.

***

DSX-nin zabiti olan Elçin Qurbanov Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib. O, Qarabağdakı son döyüşlər zamanı yaralanıb və daha sonra ordudan tərxis edilib. Bir müddət əvvəl isə Elçində onkoloji xəstəlik aşkarlanıb və o, müalicə üçün Türkiyəyə aparılıb.

Mərhum bu gün Cəlilabadın Ocaqlı kəndində dəfn edilib.

Aslan Vəliyev


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.