Dəmir yumruq » Cəmiyyət » Təhsil eksperti Aisa Aslanova: "Xarici təcrübə və təhsil əvəzolunmaz bir üstünlükdür..."
Cəmiyyət / Manşet / Bugün, 08:24

Təhsil eksperti Aisa Aslanova: "Xarici təcrübə və təhsil əvəzolunmaz bir üstünlükdür..."

  

Son illər tələbələrimiz təhsillərini davam etdirməklə yanaşı, həm də öz karyeralarında üstün təcrübələr qazanmaq məqsədi ilə xaricə üz tuturlar desək yanılmarıq. Əlbətdə ki, insan dünyagörüşü həyatda ən vacib amillərdən biri hesab edilir. Təbii ki. savadı və dünyagörüşü ilə cəmiyyətimizə bir çox yenliklər gətirən gənclərə bu gündə böyük ümüdlər bəslənilir.  

Vacib məqamları nəzərə almaq məqsədi ilə təhsil eksperdi Aisa Aslanovanın da fikirlərini və düşüncələrini öyrənə bildik. Təhsil sahəsində böyük təcrübəyə malik olan A. Aslanova bizimlə söhbət zamanı bildirdi ki, tələbələr xarici universitetlərdə təcrübə qazanmaqla yanaşı, eyni zaman da praktika imkanlarını əldə edir. 

Dövlətlərarası razılaşmanı əsas gətirərək söyləyə bilərəm ki, bizə müraciət edən tələbələr mübadilə proqramları vasitəsilə xaricə getmək imkanını qazanır. Onu da nəzərinizə çatdırıram ki, xarici təcrübə və təhsil əvəzolunmaz bir üstünlükdür. Bir faktoru diqqətinizə çatdırıram ki, çoxları universiteti bitirdikdən sonra işsizliklə bağlı narazılıqlarını ifadə edirlər.

Əslində, bu heç də elə deyil. Əlavə olaraq qeyd edirəm ki, xarici diplomla, özü də DP məzunu üçün həmişə iş tapılır. Bir çox məzun da artıq Qarabağ Universitetində, Neft Fondu və s yerlərdə çalışır. 

Bir çox Avropa ölkələrinə getmək indi daha rahatdır. Sadəcə təhsil hədəfi olan hər bir tələbə ilk olaraq proqramın keyfiyyətinə, universitetin beynəlxalq reytinqinə və uyğun ixtisasa fokuslanmalıdır. Ona görə də seçim üçün fürsət yarandıqda tələbə doğru seçim etməli, üzərinə düşən öhtəlikdən maksimum yaralanmalıdır.

Ailələr və gənclər belə imkanlardan düzgün istifadə etsələr sizi inandırım ki, nəticə də yüksək səviyyədə əldə olunacaq. Bunlardan əlavə tələbələr yeni bir ölkədə təkbaşına yaşamağa, müxtəlif sosial və akademik mühitlərdə olmağa, fərqli mədəniyyətlərə uyğunluq göstərməyə hazır olmalıdır. 

Təhsil ekspeti daha sonra əlavə etdi ki, xaricdə yaşam adaptasiyası üçün tələbələrə tövsiyə edilən əsas addımlar arasında yeni mühitə açıq olmaq, fərqli mədəniyyətləri və insanları öyrənməyə maraq göstərmək şərtlərdən biridir. Dil baryerləri ilə üzləşən tələbələr üçün isə dil öyrənmə prosesini tez bir zamanda başlamaq mühümdür (həm ingilis dili, həm köçəcəyiniz ölkənin dili). Sosial fəaliyyətlərə qoşulmaq, yerli və beynəlxalq tələbələrlə dostluq qurmaq da adaptasiyanı asanlaşdırır. 

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.