TƏBİB-ə aid “Yeni Klinika”da növbə ilə bağlı ciddi narazılıq yaranıb.
"Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə insanların uzun müddət növbədə gözlədiyi əks olunub.
İddialara əsasən, klinikada yalnız bir giriş qapısının olması ucbatından izdiham daha da artır.
Hadisənin konkret səbəbi hələlik məlum deyil. Hətta “TikTok” platformasında canlı yayım açan bəzi şəxslər oradakı real vəziyyəti göstərərək növbə problemindən şikayət ediblər.