Dəmir yumruq » Cəmiyyət » Şəhid dəfnində mübahisələri gündəm oldu - Video
Cəmiyyət / Manşet / Dün, 07:00

Şəhid dəfnində mübahisələri gündəm oldu - Video

 

Gürcüstanda təyyarə qəzasında şəhid olan Hava Qüvvələrinin baş çavuşu Emre Sayının Balıkesirdə keçirilən dəfn mərasimində İYİ Partiya millət vəkili Turhan Çömez ilə AKP millət vəkili Ali Taylan Öztaylan arasında yer uğrunda mübahisə yaşanıb.

Mərasim zamanı Çömez və Öztaylanın cənazə namazını ön sırada qılmaq üçün mübahisə etdikləri kameraya düşüb.

Hadisə Zağnospaşa məscidində baş verib.

Mübahisədən sonra millət vəkili Çömez ikinci sıraya keçərək cənazə namazını qılıb.

Onların mübahisəsinin görüntüləri müzakirələrə səbəb olub./Qafqazinfo.az/



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.