Dəmir yumruq » Cəmiyyət » “Bu, Həcc deyil, din biznesidir” -Elşad Miridən Kəbəyə gedənlərə ağır ittihamlar
Cəmiyyət / Manşet / Bugün, 09:35

“Bu, Həcc deyil, din biznesidir” -Elşad Miridən Kəbəyə gedənlərə ağır ittihamlar

 

““Qurani-Kərim”də bildirilən Həcc ziyarəti bu gün insanları getdiyi yer deyil. Allahın istədiyi Həcc tamamilə başqa bir məna daşıyır. Bu gün gedib o daşın ətrafında fırlanmaq ziyarət sayılırsa, deməyə söz tapmıram”.

Bunu “Yeni Sabah”a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

O, Azərbaycandan Həcc ziyarətinə getməyin qiymətinin artmasını “din biznesi” adlandırıb: Pepperoni pizza

 “Qiymətlər hazırki vəziyyətə görə çox realdır. Çünki ziyarətə getmək istəyən nə qədər çox olarsa, qazanmaq istəyən də o qədər çox olur. Bunun adı din biznesidir. Amma dəyişib ibadət qoyublar. Həmin təşkilatların da tək məqsədi pul qazanmaqdır. Hazırda Həcc anlayışı tamamilə mahiyyətindən, məqsədindən uzaq bir yanaşmaya çevrilib”.

İlahiyyatçının fikrincə, bəzi şəxslər Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərinə nə üçün getdiklərini bilmirlər:

“Allah Həcci sülh üçün fəaliyyət göstərməli olan bir qurum olaraq buyurub. Kişilərin lüt bədəninə 2 dənə ağ parçanı geyindirib, adını da ziyarət qoyublar. Həmin adamlar da Kəbənin ətrafında fırlanıb, namaz qılıb özlərinə bonus yığırlar. Həmin bonuslarla da avtomatik günahları yuyulub, cənnətə gedirlər. Guya duanı evdə oturub etsən, yerinə yetməyəcək? Harada yazılıb bu fikrlər? Şeytan daşlamaq kimi məsələlərin də heç biri quranda yoxdur”.

Qeyd edək ki, hazırda QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin başlanğıc qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib. Ziyarət vahid formada təşkil olunur və hava nəqliyyatı ilə həyata keçirilir. Ötən il bu məbləğ 5 950 ABŞ dollar (10 115 manat) idi.

Aydan Hacı 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.